Baş nazir müavinləri bu gün Moskvaya toplaşır – Liderlərin razılaşdırdıqları qərarlar açıqlanacaq

01.12.2021 - 18:05

Dekabrın 1-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib.

Görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, sözügüdən işçi qrupu Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işləmək üçün yaradılıb.

Noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, prezident Vladimir Putin baş nazir müavinlərinin Moskvada bir araya gələcəklərini bəyan etmişdi.

Bugünkü görüşdə liderlərin noyabrın 26-da razılaşdırdıqları qərarlar açıqlanacaq.

Qeyd olunur ki, ilin sonuna kimi iki ölkə arasında delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması da planlaşdırılır.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168521

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930