Ukraynada müharibə ilin sonunadək davam EDƏ BİLƏR

15.04.2022 - 21:26

ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun müttəfiqlərinə Ukraynadakı müharibənin ilin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Mənbələr Donbasdakı döyüşlərin 4-6 ay arasında davam edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Ukrayna Baş Qərargahının bu gün yaydığı məlumata görə, Rusiya indiyədək döyüşlərdə 20 mindən çox hərbçisini itirib.

Bundan əlavə, Rusiyanın bu günə qədər 756 ədəd tankı, 1976 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 122 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1443 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 135 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=173670

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930