Makron və Bennet Ukrayna barədə razılığa gəldi
Fransa Prezidenti Emmanuel Makron və İsrail Baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.
“Tərəflər Ukraynada atəşkəsə nail olmaq üçün səyləri əlaqələndirməyə davam etmək, bu ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı danışıqlar aparmaq barədə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, liderlər qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün birgə təşəbbüslər göstərməyə razılaşıblar.
Short URL: https://www.cumhuriyyet.net/?p=175299