Ərdoğan Finlandiya prezidentinə iradlarını BİLDİRDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Sauli Niinistö ilə telefon danışığı aparıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Liderlər Finlandiyanın NATO-ya üzvlük prosesini müzakirə edib.
Ərdoğan NATO daxilində müttəfiq üçün təhlükə yaradan terror təşkilatlarına məhəl qoymayan yanaşmanın dostluq və müttəfiqlik ruhu ilə bir araya sığmadığını bildirib. O qeyd edib ki, Türkiyənin milli təhlükəsizliyinə və xalqına açıq təhdidlə qanuni, qətiyyətli mübarizəsinə hörmət və dəstək gözləmək ən təbii haqqdır.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadığını rəsmən elan edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=175596