Ermənistan müxalifəti yenidən yürüş keçirir
Ermənistanın “Müqavimət hərəkatı”nın tərəfdarları İrəvanın mərkəzində yürüşə başlayıblar.
Cumhuriyyet.az xəbər verir, aksiya iştirakçıları Ermənistan hökumətinin binasına doğru yürüş edir.
Yürüşdən əvvəl Fransa meydanında mitinq keçirilib.
Qeyd edək ki, dünən Ermənistan hökumətinin binası qarşısında aksiyaçılarla polis əməkdaşları arasında toqquşma yaşanıb. İnsident nəticəsində 60 nəfərin yaralandığı bildirilib. Onlardan 39 nəfəri polisdir.
Short URL: https://www.cumhuriyyet.net/?p=176245