Albaniyada yeni prezident seçildi

04.06.2022 - 23:59

Albaniya parlamenti Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı ölkənin prezidenti seçib.

 

Cumhuriyyet.az xəbər verir ki, Beqay 78 səs qazanıb, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.

 

General-mayor orduda tibbi xidmət sahəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2020-ci ildə NATO ölkəsinin silahlı qüvvələrinin baş qərargah rəisi olub.

 

Prezident 140 yerlik Albaniya parlamentinin beşdə üçünün səsi ilə seçilir. Parlamentar respublika idarəetmə sisteminə malik ölkədə prezidentin rolu əsasən simvolikdir, buna baxmayaraq, o, məhkəmə və ordu üzərində müəyyən səlahiyyətlərə malikdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176257

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930