Rusiya və İran Türkiyə ilə birgə avtomobil istehsal edə bilər

04.07.2022 - 22:45


İran və Rusiya avtomobil sənayesi rəsmiləri Moskva və Tehrana qarşı sanksiyaların bu sahəyə ciddi zərbə vurmasından sonra avtomobillərin Türkiyə ilə birgə dizaynı və istehsalını nəzərdən keçirirlər.

Bu barədə İran Avtomobil Ehtiyat hissələri İstehsalçıları Assosiasiyasının rəhbəri Məhəmmədrza Nəcəfi-Maneş bildirib.

O, bəyan edib ki, üç ölkənin avtomobil istehsalçıları və təchizatçıları arasında üçtərəfli əməkdaşlıq ehtimalı var.

Maneşin sözlərinə görə, avtomobil istehsalçıları ən azı 800 milyonluq bazarı hədəfə ala bilərlər. Assosiasiya rəhbərinin fikrincə sanksiyalar qüvvədə olduğu üçün üç ölkə arasında avtomobil istehsalı sahəsində təklif olunan əməkdaşlıq sürətlə inkişaf edə bilər.

Mənbə: lenta.ru

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930