Zelenski Consona zəng vurub TƏŞƏKKÜR ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verən Boris Conson arasında telefon danışığı olub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna tərəfi yayıb.
Zelenski Consonun istefa qərarından təəssüfləndiyini bildirib.
Prezident Zelenski Consona Kiyevə verdiyi dəstəyə görə təşəkkür edib və Ukraynadakı vəziyyət barədə məlumat verib.
Short URL: https://www.cumhuriyyet.net/?p=178168