Baş nazir Zelenski ilə görüşdü – Yeni silahlar vəd etdi

11.07.2022 - 21:12

Niderlandın Baş naziri Mark Rutte Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, Rutte Kiyevdə keçirilən brifinqdə Ukraynaya yeni silahlar veriləcəyini deyib.

O bildirib ki, Niderland Ukraynaya müasir ağır silahlar, özüyeriyən artilleriya qurğuları və mərmilər təhvil verəcək.

“Ukraynanın bizim hərbi dəstəyimizə ehtiyacı var. Biz Ukraynanı müasir silahlarla dəstəkləməliyik. Mən Avropadakı və dünyanın digər yerlərindəki bütün həmkarlarımı Ukraynaya ağır silahlarla kömək etməyə çağırıram. Ölkəmizdən ağır silahlar verəcəyik. Mən müttəfiqlərimizi də eyni şeyi etməyə təşviq etmək istəyirəm”, – deyə o qeyd edib.

Rutte, həmçinin vurğulayıb ki, Niderland Ukraynaya hər cür kömək etməkdə davam edəcək.

“Niderland Ukraynanı hər cür dəstəkləyəcək. Siz həm indi, həm də gələcəkdə bizə arxalana bilərsiniz”, – o əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178366

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930