Lukaşenko MDB-dəki müttəfiqlərə SÖZ ATDI

12.07.2022 - 14:08

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Minsk və Moskvanın daxil olduğu iqtisadi və siyasi ittifaqları parçalamağa cəhdlər edilir.

Cumhuriyyet.az “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko hərbi ali məktəblərin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində deyib.

A.Lukaşenko MDB və KTM-dəki müttəfik ölkələrə söz atmağı da unutmayıb.

“Qərbdən olan kütləvi təzyiqlər ona gətirib çıxarıb ki, KTMT və MDB-dəki bəzi müttəfiqlərimiz, yumşaq desək, gözləmə mövqeyi tuturlar. Amma eyni zamanda, Belarusun siyasəti sarsılmayıb, biz fikrimizə və maraqlarımıza hörmət edən ölkələrlə dialoqu davam etdiririk”, – Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus və Rusiyanın daxil olduğu iqtisadi və siyasi birlikləri parçalamağa cəhdlər edilir.

Lukaşenko qeyd edib ki, Minskə təzyiq təkcə hərbi-siyasi sahədə deyil, həm də digər sahələrdə, ilk növbədə, iqtisadi və informasiya sferasında artır.

“Bu, bir daha təsdiqləyir ki, Belarusa qarşı tammiqyaslı hibrid müharibə başlayıb, hansı ki, həmişə hücum xarakteri daşıyır”.

Belarus prezidenti əlavə edib ki, Şimali Atlantika blokunun kiberməkanda psixoloji əməliyyatlar və təxribat hərəkətləri həyata keçirmək üzrə ixtisaslaşan həm milli, həm də koalisiya strukturları bu müharibədə iştirak edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930