Zelenski məcburi təxliyyə əmri verdi

31.07.2022 - 16:17

Ukrayna Prezidenti Volodimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ukraynalı lider videomüraciət yayıb. Zelenski bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayır.

“Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın”,- Zelenski deyib.

O, bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=179797

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930