Ərdoğan kraliçanın dəfninə getməyi planlaşdırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya getməyi planlaşdırır.
Cumhuriyyet.az xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan Britaniya kraliçasının ölümü ilə bağlı sosial şəbəkə vasitəsilə başsağlığı verdiyini bildirib:
“Əgər imkanım olarsa, Britaniyaya getmək də istəyərəm. Amma, əlbəttə, bu, proqramımızdan asılıdır. Nəzərə almaq lazımdır ki, Britaniya kraliçası II Elizabet tanımadığım adam deyil”.
Short URL: https://www.cumhuriyyet.net/?p=181700