ÜST-dən Ukrayna ilə bağlı qorxulu PROQNOZ

12.09.2022 - 23:52

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynada koronavirusa yoluxma hallarının pik həddə çatacağını proqnozlaşdırır.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

 

O bildirib ki, ölkədə xəstəxanaların doluluq faizi çox yüksək həddə çata bilər.

 

“Biz indi Ukraynada COVID-19-a yoluxma hallarının artdığını görürük. Biz proqnozlaşdırırıq ki, yoluxma oktyabrın əvvəlində pik həddə çata bilər”, – Qebreyesus ÜST-nin Təl-Əvivdə keçirilən Avropa Regional Komitəsinin konfransında deyib.

 

Baş direktor, həmçinin qeyd edib ki, Ukraynada oksigen çatışmazlığı probleminin yaşanacağı proqnozlaşdırılır, çünki əsas tədarük mənbələri ölkənin işğal olunmuş ərazilərində yerləşir.

 

Rusiyanın fevral ayında Ukraynaya başlanan hücumu səhiyyə sahəsinə böyük təsir göstərib, ÜST ölkədəki səhiyyə infrastrukturuna 500-dən çox hücum edildiyini və nəticədə 100-ə yaxın insan öldüyünü bəyan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=181763

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930