İranlı general təhdidlə DANIŞDI: “Biz Ermənistan və Azərbaycana…”

22.09.2022 - 14:46

 

İran regionda sərhədlərin dəyişməsinə və qeyri-sabitliyə imkan verməyəcək.

Cumhuriyyet.az xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri deyib.

“İranın silahlı qüvvələri mehriban qonşuluq prinsiplərinə və beynəlxalq normalara hörmət edərək bəyan edir ki, onlar heç bir qeyri-sabitliyə və sərhədlərdə dəyişikliklərə yol verməyəcəklər. Biz Ermənistan və Azərbaycana problemlərini sülh yolu ilə həll etməyi məsləhət görürük”, – Baqeri bildirib.

General qeyd edib ki, İran regionun inkişafında maraqlıdır.

“Tehran münaqişələr və müharibələr törətmir, lakin onlar başlayanda da susmur. İranın hərbi gücü yalnız müdafiə üçün nəzərdə tutulub”, – deyə o vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182402

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930