Zelenski Səudiyyə kralına təşəkkür etdi

22.09.2022 - 23:09

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Zelenski Səudiyyə şahzadəsinə hərbi əsirlərin mübadiləsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib və krallığın bu prosesdə əsas rolunu qeyd edib.

Salman Əl Səud ölkəsinin Ukrayna münaqişəsinin bütün tərəfləri arasında vasitəçi kimi səy göstərməyə hazır olduğunu bəyan edib.

Zelenski Ukraynanın enerji təhlükəsizliyi, müharibədən sonrakı yenidənqurma və birgə investisiya layihələrini də müzakirə etdiklərini açıqlayıb.

Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi sentyabrın 21-də baş tutub. Rusiyaya 55 nəfər, o cümlədən prezident Vladimir Putinin xaç atası adlandırılan Viktor Medvedçuk geri qaytarılıb. Ukrayna tərəfi isə 215 hərbi qulluqçunu, eləcə də Azov alayının döyüşçülərini azad edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182436

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930