Zelenski Quterreşlə Zaporojyedəki vəziyyəti müzakirə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Zaporojye AES-də yaranmış vəziyyət müzakirə olunub.
Zelenski Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı mövqeyinə görə Quterreşə təşəkkür edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=182816