Kürdlərdən İrana sərt mesaj: “Bağışlamayacağıq”

21.11.2022 - 19:30

Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyi İranın bölgəyə yönəlik son hücumlarını pisləyib.

Bəyanatda İran hərbi qüvvələrinin son addımı “bağışlanılmaz” adlandırılıb.

“İran tərəfindən İraq və İraq Kürdüstanının suverenliyini dəfələrlə pozulması bağışlanılmazdır və beynəlxalq hüququn və qonşuluq münasibətlərinin kobud şəkildə pozulmasıdır. Biz İran Respublikasını Kürdüstan bölgəsinə qarşı bu təcavüzü dayandırmağa çağırırıq. Sabitlik heç vaxt zorakılıqla əldə edilə bilməz.

Şimali İraq Kürd Muxtariyyəti Bağdaddakı dostlarını və tərəfdaşlarını, Birləşmiş Millətlər Təşkilatını (BMT) və beynəlxalq ictimaiyyəti İranın davam edən təcavüzü ilə bağlı açıq və prinsipial mövqe tutmağa çağırır”, – bəyanatda deyilir.

Dünən gecə İran ordusu Ərbilin Köysancaq qəsəbəsinə raket zərbələri endirib. Nəticədə bir nəfər həyatını itirib./Teleqraf.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185323

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930