Qallant: “İran azı 50 ölkə ilə silah satışı üzrə danışıqlar aparır”

17.02.2023 - 20:47

İsrailin müdafiə naziri: İran azı 50 ölkə ilə silah satışı üzrə danışıqlar aparır
İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib və Tehran hazırda dünyanın 50-dən çox ölkəsi ilə danışıqlar aparır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

İsrailli nazir dünya ictimaiyyətini bununla bağlı Tehrana qarşı çıxmağa çağırıb.

“Bütün bunlar İrana qarşı raket embarqosu hələ də qüvvədə olduğu bir vaxtda baş verir, bu embarqonun müddəti bu il başa çatır. Vaxt qısalır, İran rejimi silah alveri ilə məşğuldur”, – Qallant deyib.

Nazir bir daha vurğulayıb ki, İranın nüvə proqramına münasibətdə hər hansı çəkindirmə tədbirlərinin tətbiqi nəzərdən keçirilməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=188378

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930