Medvedev Latviya prezidentini hədələdi: “Əclaf oradan asılacaq…”

17.03.2024 - 12:36

Rusiyanın keçmiş prezidenti, hazırda isə Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev növbəti qalmaqallı paylaşım edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Medvedev bu dəfə Latviya Prezidentini hədəfə alıb və qeyd edib ki, ümumiyyətlə, Latviya adında dövlət yoxdur.

O, öz teleqram kanalında 1943-cü ilin “Xarkov məhkəməsi”nin fotosunu dərc edib və bunu “sülh formulunun alternativ foto variantı” adlandırıb.Həmin şəkildə nasist cinayətkarlarının edamı təsvir edilib.

Medvedevin sözlərinə görə, Rusiya şəhərlərini atəşə tutanları və “Rusiyanı məğlub etmək lazımdır” deyən Prezident Edqars Rinkeviçsi də eyni aqibət gözləyir: “Bizim şəhərlərimizdə dinc əhaliyə atəş açan əclaflar və onlarla birlikdə özünü mövcud olmayan Latviya ölkəsinin prezidenti kimi təqdim edən, Rusiyanın ölümünü arzulayan Rinkeviçs adlı əclaf da oradan asılacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199416

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930