“Qazprom” təsdiqlədi: Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir

27.03.2024 - 10:56

Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılacağı gözləntiləri fonunda ermənilərin müzakirə etdiyi məsələlərdən biri də Rusiyadan Ermənistana gələn qaz kəmərinin taleyinin necə olacağıdır.

Qaz kəmərinin bir hissəsi Əskipara kəndi ərazisindən keçir. Kəndlərin qaytarılmasından sonra bu qaz kəməri də Azərbaycan ordusunun nəzarətinə keçəcək.

Ermənistan hakimiyyəti bir neçə həftə öncə qaz kəmərinin alternativ istiqamətdən çəkiləcəyini açıqlamışdı. Lakin “Qazprom Ermənistan” QSC bunu təkzib edib.

Ermənistan mediası məsələ ilə bağlı QSC-yə sorğu ünvanlayıb. “Qazprom Ermənistan”ın baş direktorunun müavini Artaşes Qabrielyan sorğuya cavabında bildirib ki, Ermənistan hökuməti ilə belə bir məsələ müzakirə edilmir.

“Qazprom Ermənistan” müzakirə edilən 4 kəndə bitişik ərazilərdə magistral qaz xəttinin yenidən çəkilməsi məsələsini müzakirə etməyib”, – Qabrielyan bildirib.

Ermənistan mediası yazır ki, yeni qaz xətti çəkilməyəcəyi təqdirdə 4 kəndin qaytarılmasından sonra İrəvana gedən qaz kəməri Azərbaycanın nəzarətinə keçəcək. (Publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930