İstanbul uğrunda savaş: İmamoğlu, yoxsa Kurum qazanacaq?

27.03.2024 - 11:34

Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkilərində sayılıı günlər qalıb. Bu seçkidə İstanbul bələdiyyə sədri vəzifəsi uğrunda mübarizəni bütün dünya izləyir..

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul bələdiyyə sədrliyinə namizədlər çox olsa da, əsas “savaş” hazırkı sədr, CHP-lı Əkrəm İmamoğlu ilə Ərdoğanın silahdaşı Murat Kurum arasında gedir.

Məlumata görə, seçkiyə 4 gün qalmış 9 məşhur araşdırma mərkəzi İstanbuldakı namizədlərin şansları ilə bağlı sorğu keçiriblər.

Türkiyə mətbuatı 9 fərqli mərkəzin keçirdiyi sorğu əsasında Əkrəm İmamoğlu ilə Murat Kurumun şanslarının yuvarlaq proqnozunu veriblər: “Proqnoza əsasən, İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyni yenə də Əkrəm İmamoğlu qazanacaq. İmamoğlu iqtidarın bütün basqı və arsenalını işə salmasına baxmayaraq, 2 faiz səslə AKP namizədi Murat Kurumu qabaqlayacaq. O, 41.9 faiz səslə 39.8 faiz səs qazanacağı proqnozlaşdırılan Murat Kurumu üstələyəcək.

Digər namizədlərin səs faizi isə belə olacağı gözlənilir:

Əkrəm İmamoğlu (CHP): yüzdə 41,9

Murat Kurum (AK Partiya): 39,8 faiz

Meral Danış Beştaş (DEM Partiyası): 4,5 faiz

Buğra Kavuncu (İYİ Partiya): 3,7 faiz

Mehmet Altınöz (Yenidən Rifah Partiyası): 3,5 faiz

Azmi Karamahmutoğlu (Zəfər Partiyası): 2,9 faiz

Digər namizədlər: 3,6 faiz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199549

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930