Zori Balayanın sifarişçisi olduğu terror aktı – Dəyişən nə oldu?

27.03.2024 - 11:36

“Crocus City Hall”da törədilmiş terror aktından sonra Belarus sərhədinin (Ukrayna sərhədinin deyil – red.) yaxınlığında saxlanılmış tacik terrorçulara münasibət və rus müxalifətinin xaricdəki mühacirlərinin davranışı diqqəti cəlb etdi.

Birincisi, özlərini Putin hakimiyyətinə müxalifətdə hesab edən bütün internet resurslarının aparıcıları efirə qara geyimdə çıxdılar. Heç onların Ukraynada törədilən qətlamlar zamanı qara geyimdə efirə çıxdıqlarını görmüsünüzmü? Ukraynanın tərəfində olduqlarından ağızdolusu danışanların heç İrpin, Buşa hadisələri zamanı qara geyimdə efirə çıxdıqlarını görmüsünüzmü? Əlbəttə yox.

Amma indi onlar, hətta Navalnının məsləkdaşlarından biri olan İvan Jdanov, ixtisasca hüquqşünas olmasına baxmayaraq, tacik milliyyətindən olan terrorçuların saxlanılma və ilkin dindirilməsi zamanı onlara tətbiq olunmuş zorakılığı “bütün dünyada terrorçulara münasibət belədir” deyib üzərindən ötürlər. Saxlanılma zamanı taciklərdən birinin qulağının yarısının kəsildiyini və ona yedizdirildiyini soyuqqanlılıqla dilə gətirirlər. Heç kim bu vəhşi davranışını pisləmir, çünki söhbət “ikinci növ” kimi baxdıqları bədbəxt taciklərdən gedir.

Görəsən, Avropa 2011-ci ilin iyulunda Oslo şəhərində və Utoya adasında 85 nəfəri qətlə yetirməkdə ittiham olunan Anders Breyvikin qulağı kəsilsəydi və ona yedizdirilsəydi, belə soyuqqanlı qala bilərdilərmi? Əsla.

Və ya Fransanın Orli hava limanında terror aktını həyata keçirmiş erməni terrorçu Varujan Karapetyanın qulağı kəsilsəydi, dünya nə edərdi?

Amma əminəm ki, ağır cinayətdə ittiham olunan terrorçulara belə münasibət Azərbaycanda baş versəydi, bəzi hüquq müdafiəçilərinin, o cümlədən Leyla Yunusun və adlarını çəkməyə iyrəndiyimiz digər ikiayaqlı məxluqların səs-küyü Avropa Şurasını və Avropa Parlamentini bürüyərdi. Avropalı deputatlar ölkəmizə qarşı növbəti qətnamələrini qəbul edər, ölkəmizi insan haqlarını kobudcasına posmaqda günahlandırar və sanksiyalarla hədələyərdilər. Leyla Yunus isə onlardan öncə həmin şəxslərin adlarını mütləq siyasi məhbus siyahısına salardı…

Əlbəttə, terrora və terrorçulara haqq qazandırmaq niyyətində deyilik. “Crocus City Hall”da törədilmiş terror əsl fəlakətdir. Bütün dünyanın günlərdir bundan danışması da terrorun nə qədər qorxunc hadisə olduğunu bir daha gündəmə gətirib.

Çox təəssüf ki, dünya birliyi belə həssas münasibəti erməni faşistlərinin Azərbaycanın Qarabağ bölgəsində törətdikləri soyqırımlar, hərbi cinayətlər, Ermənistan xüsusi xidmət orqanlarının Bakıda ard-arda törətdirdikləri metro partlayışları zamanı nümayiş etdirməyiblər. Ləzgi əsilli Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan aldığını etiraf etsə də, 2001-ci ildə Ermənistan tərəfinin müraciəti əsasında İnterpol Z.Balayanın adını axtarışda olan şəxslər siyahısından çıxarıb. 2005-ci ilin mayında İnterpol Z.Balayanı İtaliyanın Brindizi şəhərində saxlasa da, polis məntəqəsində 4 saatlıq dindirilmədən sonra sərbəst buraxıb.

Üstəlik, Avropa əlləri dirsəyə qədər qana batmış erməni separatçılarının və hərbi cinayətkarların Azərbaycanda həbsdə qalmasını həzm edə bilmədiklərini nümayiş etdirirlər. Halbuki Azərbaycan dövlətinin məhbəsdə hərbi cinayətkarlara yaratdığı şəraiti Moskva terrorçuları yuxularında belə görə bilməzlər…

Öz dövlətimizə hörmətim daha da artır.(konkret.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199551

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930