Beynəlxalq qalmaqal: Avropol rəhbərlərinin şəxsi işləri yoxa çıxıb

27.03.2024 - 13:42

Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru Ketrin de Bolle və onun üç müavininin şəxsi sənədləri təşkilatın Haaqadakı mənzil-qərargahından yoxa çıxıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb. “Avropolun hüquq-mühafizə orqanı kimi rolunu nəzərə alsaq, işçi sənədlərinin yoxa çıxması təhlükəsizlik qaydalarının pozulması ciddi insident sayılır”, – deyə xəbərdə qeyd edilir.

Europol rəsmilərinin bildirdiyinə görə, itkin düşən nüsxələrin bəzilərini sonradan Haaqa sakini “ictimai yerdə” tapıb və onları polis idarəsinə gətirib. Lakin onların nə vaxt yoxa çıxdıqları və nə üçün qurumdan götürüldükləri bəlli deyil. Haaqa polisinin sözçüsü Stiven van Santenin sözlərinə görə, “Hollandiya hüquq-mühafizə orqanları Avropolun apardığı daxili təhqiqatla bağlı bəzi işlərdə iştirak edib”.

Hadisədən sonra agentliyin insan resursları departamentinin rəhbəri Massimiliano Bettina vəzifəsindən kənarlaşdırılaraq inzibati məzuniyyətə göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199593

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930