FSB şefindən iddia: Moskvadakı terror aktının arxasında ABŞ, İngiltərə və Ukrayna durur

27.03.2024 - 13:59

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Moskvadakı terror aktının arxasında ABŞ, İngiltərə və Ukraynanın olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırıb. Bortnikov cavabında teraktın arxasında məhz bu 3 ölkənin dayandığını bildirib. “Biz də belə düşünürük. Artıq əlimizdə olan sübutlardan bəhs edirik. Bu ümumi məlumatdır, lakin onların da böyük qazancı var”,-deyə o qeyd edib.

Moskvada terror aktını törədənlərin Ukrayna ərazisinə getməyi planlaşdırdıqlarını iddia edən Bortnikov bildirib ki, onları Ukraynada “qəhrəman” kimi qarşılayacaqdılar. Bortnikov həmçinin Ukraynanın özünü sübut etməyə çalışdığını deyib:“Varlığını sübut etmək üçün nə etmək lazımdır? Arxa planda təxribat və terror aktları həyata keçirilməlidir. Ukrayna və İngiltərə kəşfiyyatı bunu hədəfləyir. ABŞ kəşfiyyatı da bu mövzunu dəfələrlə müzakirə edib”.

Rusiyanın Moskvadakı terror aktına cavab verəcəyini vurğulayan Bortnikov, bu hücumda əli olan hər kəsin tapılacağını və cəzalandırılacağını vurğulayıb.

azpolitika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199601

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930