Rusiyadan Qərbə qəddar savaş anonsu – növbəti terror xəbərdarlığı…

28.03.2024 - 10:54

Moskva ABŞ, Böyük Britaniya və Ukraynanı terrorun arxasında dayanan qüvvə kimi görür, dünya mediası isə terror təşkilatının son xəbərdarlığını “İŞİD-dən Putinə yeni təhdid” kimi təqdim edib; “Bütün hallarda bu hadisəyə görə Kremlin cavabı Kiyevə olacaq”
Martın 22-də Moskva yaxınlığında – “Crocus City Hall”da törədilən terror aktı hazırda dünyanın ən çox müzakirə etdiyi mövzudur. 139 nəfərin ölümünə, 158 nəfərin yaralanmasına səbəb olan bu qanlı hadisənin arxasında kimin dayanması haqda müzakirələrdə diqqət daha çox İŞİD-in üzərinə yönəlir.

Faktiki olaraq İŞİD bu terroru boynuna götürüb və Qərb ölkələri də əsasən bu terror şəbəkəsinin adını çəkir. Rusiya isə təbii olaraq həm də Ukraynanı günahkar görür. Əlbəttə, mümkündür ki, Ukrayna da bu terrorda maraqlı olsun. Daha təhlükəli olan məsələ isə İŞİD-in yenidən Rusiyada terror törədəcəyinə dair bəyanat verməsidir. “Yeni Müsavat” bildirir ki, terror təşkilatı Rusiya prezidenti Vladimir Putini hədələyib. Təhdid mesajında “Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və sarsıdıcı zərbələr olacaq. İnşallah, bir qətliam gözləyirik. Çox tezliklə!” ifadə edilib.

Qərb mətbuatı terror təşkilatının xəbərdarlığını “İŞİD-dən Putinə yeni təhdid”, “İŞİD Putini və rusları qətl etməklə hədələyir” sərlövhələri ilə təqdim edib. Martın 27-də İŞİD terror təşkilatının sosial media səhifələrində yeni mesaj posteri yayımlanıb. Teleqram kanalları məlumat verib. Mesajda “Sıradakı kimdir?” sualı verilib. Posterdə Paris, London, Madrid və Roma şəhərlərinin adlarının qeyd olunması diqqət çəkib. Ancaq maraqlıdır ki, Rusiyaya qarşı ikinci təhdiddən sonra da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Crocus”da baş verən terror aktında Ukraynanın əli olduğunu ehtimal edir. Patruşev martın 26-da jurnalistlərin “terrorun arxasında Ukrayna, yoxsa İŞİD terror təşkilatı dayanır” sualına “Əlbəttə, Ukrayna” cavabını verib.

“Crocus”da terror aktının arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır”. Bunu isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib: “Bütün hallarda biz malik olduğumuz fakturadan danışırıq. Bu ümumi məlumatdır. Lakin müəyyən işlənmələr var”. O, “Crocus”da baş verən terror aktından sonra cavab tədbirlərinin olacağına söz verib. FTX direktoru qeyd edib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiyaya qarşı cinayət törədən hər kəs kimi Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfdir. O, rəsmi Kiyevi terrorçu təşkilat kimi tanımaq haqqında da danışıb: “Bunu etməliyik. Bu, təkcə hesab etmək üçün yox, həm də müvafiq qərarlar qəbul etmək üçün əsasdır”.

Bu arada diqqətçəkən bir olay Türkiyənin 30 şəhərində İŞİD-ə qarşı əməliyyatlar keçirilməsidir. Əməliyyatlar zamanı 147 şübhəli şəxs saxlanılıb. Bütün hallarda görünən budur ki, İŞİD ötən illərdə xeyli zəiflədilsə də, müəyyən gücünü, şəbəkəsini saxlayır. Bəzi rəylərdə bildirilir ki, məlum olaydan sonra İŞİD revanş edə, güclənə və müxtəlif yerlərdə terrorlar törədə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199609

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930