Putin Qərbə barmaq silkələdi, müsəlmanlara “rahat olun” mesajı verdi

28.03.2024 - 12:14

“Ukraynaya veriləcək F-16-lar üçüncü ölkələrin hava limanlarında hədəfimiz olacaq”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Tver vilayətində aviasiya təlim mərkəzində hərbi pilotlarla görüşündə deyib.

O, Rusiya ordusunun aviasiya bölməsinin Ukraynadakı münaqişədə mükəmməl işlədiyini və nəticəyə böyük töhfə verdiyini xüsusi vurğulayıb: “Mən özüm dəfələrlə döyüş təyyarəsi ilə uçmuşam və bu səbəbdən döyüş təyyarəsi pilotlarının işinin çətin olduğunu bildirəm. Rusiyanın Su-34 bombardmançı, Su-30 və Su-57 yeni model döyüş təyyarələrinin münaqişə bölgəsində çox böyük işlər gördüyü göz önündədir. Sözsüz ki, burada sizin rolunuz yüksək qiymətləndirilir…”.

Qərb ölkələrinin Ukraynaya ötürəcəyi F-16 qərəcılarela bağlı danışan Putin, bunun müharibə bölgəsində heç nəyi dəyişməyəcəyini iddia edib: “Biz bu gün Qərbin verdiyi raketatan tankları, zirehli texnikaları və digər hərbi texnikaları necə məhv etdiksə, F-16-ları da elə yox edəcəyik. Əlbəttə, F-16 döyüş təyyarələrinin nüvə silahı daşıma qabiliyyətinə malik olduğu bəllidir. Biz bu amili nəzərə alacaıq. O səbəbdən Ukraynaya veriləcək bu təyyarələrin NATO hava limanlarından istifadə ediləcəyi təqdirdə, onları elə üçüncü ölkələrin hava limanında da məhv edəəcyik. Təbii ki, biz ölkəmizə təhlükələri gözardı edə bilmərik. Ona görə F-16-lar üçün bizə qarşı limanlarını açanlar düçünməlidir. Ukrayna dəstək adı ilə əgərbu təyyarələr üçüncü ölkələrin və ya harada  olurlarsa olsunlar, onlar bizim üçün qanuni hədəfə çevriləcəklər”.

Putin Rusiyanın NATO ilə döyüşməyi planlaşdırdığı iddialarını qətiyyətlə inkar edəib. O, Rusiyanın Baltikyanı ölkələr və ya Polşaya hücum ehtimalı ilə bağlı iddiaları cəfəngiyyat adlandırıb.

Daha sonra Moskvadakı terrordan sonra bəzi siyasətçilərin tez-tez Rusiyanın yalnız ruslara məxsus olması ilə bağlı bəyanatlarına toxunan Putin bunun onun da narahat etdiyini gizlətməyib: “Bəzi şovinistlərin “Rusiya ancaq ruslara məxsusdur” ifadələri, əlbəttə, məni narahat edir. Bu cür siyasətçilər və ya şovinstlər hər yerdə və hər cəmiyyətdə var. Bu cür ritorikanı dilə gətirməzdən əvvəl diqqətli olmaq lazımdır. Dediyim kimi, “Rusiya yalnız ruslar üçündür” deyiləndə, narahat oluram. Ölkədə 190 etnik qrupun yaşayırı və bəzi xalqların sayı burada milyonları ötüb. Bunu nəzərə alsaq, burada hamının yad olması ilə bağlı bu dağıdıcı fikirləri həyata keçirməyə başladığımız andan ölkəni yox edəcəyik. Və əsl qurbanlar da ruslar olacaq”.

Rusiyanın çoxmillətli ölkə olduğunu bir dhaa təkrarlayan Putin qeyd edib ki, heç vaxt bunu unutmamaq lazım deyil: “Biz qardaşlarımıza, başqa dinlərin nümayəndələrinə, yəni müsəlmanlara, yəhudilərə və başqalarına həmişə hörmətlə yanaşmalıyıq. Biz zatən bunu da edirik…”.

Xatırladaq ki, Moskvadakı terrordan sonra ölkədə xüsusən müsəlmanlara qarşı basqılar artıb. Əksər ruslra müsəlmanların  deportunu tələb etməyə başlayıb. Buna görə, Rusiyadakı müsəlmanların panikada olduğu haqda da informasiyalar var.

Bu baxımdan Putinin sözlərinin müsəlmanlara “rahat olun” mesajıl kimi dəyərləndirlənlər də var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199639

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930