Oqtay Əsədov deputata sual verdi: “Siz inanırsınız ki, kimsə istefa verəcək?”

29.06.2018 - 16:28

“Bu dəyişikliklər hakimlərin müstəqilliyinə xidmət edir, lakin problemlər tam həll etmir. Məhkəmələr haqqında qanun yenidən işlənməsini dəfələrlə təklif etmişəm”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında”qanuna dəyişikliklərə münasibət bildirərkən deyib. O bildirib ki, hakimlərin 5 ildən bir qiymətləndirilməsi hakimlərin müstəqilliyinə ciddi şəkildə ziyan vurur:
“Bizdə hər 5 ildən bir hakimlərin fəaliyyəti qiymətləndirilir, peşəkar çatışmazlıq aşkar ediləndə hakim vəzifəsindən kənarlaşdırılır. Bu gün təklif edilən dəyişiklikdə onlara bir şans daha verilir. Hakimlər xüsusi tələblərlə seçilir, onlara qarşı müəyyən tələblər var. Bu mənada peşəkar çatışmazlığı olan hakimin olması halları məhduddur. Hakimlər mülki, cinayət işlərinə baxanda hər hansı qanunu pozanda prokuror, müdafiə tərəfi müdaxilə edə bilir”.

Q.Həsənquliyev qeyd edib ki, 5 ildən bir qiymətləndirmə hakimləri asılı vəziyyətdə saxlayır.

“Bu məsələ ləğv edilməlidir. Hakim qanunu pozanda ondan şikayət verilmə hüququ qanunla tənzimlənir. Vəzifə səlahiyyətindən istifadə etmə, özünü pis aparmasına görə, saxtakarlıq kimi hallarda da vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilir. Yalnız cinayət törədəndə onun məsuliyyətə cəlb edilməsini qanuna daxil etməliyik. BMT tələblərinə uyğun olaraq hakimlər ömürlük təyin olunanda və vəzifənin icrası ilə bağlı müəyyən yaş həddi olanda müstəqil olurlar. Bizdə 68 yaşdı və hesab edirəm ki, bu artırılmalıdır. Onsuz da hakim işləyə bilmədiyini görəndə istefa verəcək. Ölkəmizdəki hakimlərin mövcüd problem hakimlərin müstəqilliyi, əməkhaqqının az olmasıdır”.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, hakimlərin öz istəyi ilə istefa verməsi gözlənilən deyil:

“Siz inanırsınız ki, kimsə istefa verəcək?”.(Modern.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=120960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930