Müdafiə Nazirliyi Naxçıvan istiqamətində atışmanı təkzib edir: erməni əsgəri özləri vurub

01.07.2018 - 22:57

Azərbaycan Müdafiə Naziriyinin mətbuat xidməti Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində atışma barədə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın yaydığı məlumata münasibət bildirib.

Müdafiə Nazirliyi virtualaz.org saytının sorğusuna cavab olaraq bildirir ki, Artsurun Ovanisyan özünün sosial şəbəkə hesabında Naxçıvan istiqamətində mühəndis və mövqelərin möhkəmləndirilməsi işləri görən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açılması, bu zaman bir erməni hərbi qulluqçunun “yüngül yaralanması” barədə məlumat yayıb. “Bununla bağlı bildiririk ki, dövlət sərhədinin Naxçıvan istiqamətində bu gün  heç bir atışma qeydə alınmayıb, erməni tərəfinin iddia etdiyinin əksinə olaraq ordumuzun bölmələri mühəndis işlərini davam etdirir və strateji yüksəkliklərdə yerləşən yeni mövqelərini möhkəmləndirir. Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması ilə Azərbaycan tərəfinin heç bir bağlılığı yoxdur. İstisna deyil ki, bu Ermənistan ordusundakı nizamnamədən kənar münasibətlərin növbəti təzahürüdür. Görünür Ermənistan Müdafiə Nazirliyində bu cür məlumat yaymaqla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun may ayında keçirdiyi uğurlu əməliyyata görə yaranmış pərtlikdən yeni çıxış yolu tapmağa çalışırlar”.

Qeyd edək ki, Artsurun Ovanisyanın iddiasına görə Azərbaycan ordusunun bölmələrinin mühəndis işlərinin qarşısının alınması üçün Ermənistan silahlı qüvvələri atəş açıb. Bu zaman ordumuzun postlarından birinin “dağıldığı”, ancaq atışma zamanı 1974-cü ildə anadan olmuş erməni hərbi qulluqçu Vahan Baqdasaryanın da “yüngül yaralandığı” bildirilir.

Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin aprel-may aylarında keçirdiyi əməliyyat nəticəsində 11 min hektara yaxın ərazi düşmən nəzarətindən çıxarılıb, ordumuz Ermənistanla sərhəddə yeni strateji yüksəkliklərdə möhkəmlənib. Əvvəlcə Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsini israrla təkzib edib, daha sonra fakt təsdiqlənib, ancaq deyilib ki, Ermənistan ordusu “vəziyyətə nəzrət etməkdədir”. Daha sonra Artsurun Ovanisyan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsinə görə azərbaycanlı çobanların təhlükə altında qaldığını demişdi.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121006

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930