Məşhur şahmatçıların qazancı: Şəhriyar Məmmədyarov nə qədər pul qazanır? – SİYAHI

27.08.2018 - 19:53

Dünyanın ən güclü şahmat turnirlərindən biri də “Grand Chess Tour” (“Böyük Şahmat Turniri”) hesab olunur.

2015-ci ildən etibarən keçirilən “Grand Chess Tour” həm də böyük mükafat fondu ilə diqqəti cəlb edir.

Bu turnir 3 mərhələdən ibarətdir və buraya Norveçdə keçirilən “Stavanqer turniri”, ABŞ-da keçirilən “Sinkfild Kuboku” və İngiltərədə keçirilən “London turniri” daxildir. “Grand Chess Tour”un ümumi mükafat fondu 1 milyon 50 min dollar təşkil edir. Turnirlərin hər biri üçün 300 min dollar, dövr ərzində ən yaxşı nəticə göstərən 3 şahmatçı üçün isə 150 min dollar nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, hazırda “Sinkfild Kuboku”nda iştirak edən Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov “Facebook” səhifəsində açıqlama yayaraq bildirib ki, sponsoru olmadığını üçün yarışlara öz pulu hesabına gedir. Şəhriyar Məmmədyarov artıq yorulduğunu da qeyd edib.

Şəhriyar Məmmədyarovun bu açıqlaması bu gün ölkə mətbuatının və sosial şəbəkələrin əsas müzakirə mövzusu olub. Sosial şəbəkə iştirakçılarının böyük əksəriyyəti Şəhriyar Məmmədyarovun haqlı olduğunu bildirsələrdə, bəzi istifadəçilər şahmatçımızın bu oyunlardan pul qazandığını əsas gətirərək onun sponsora ehtiyacının olmadığını bildiriblər.

Yeniavaz.com Şəhriyar Məmmədyarovun iştirak etdiyi turnirlərdən nə qədər pul qazandığını araşdırıb. Şahmatçımızın qazandığı pulun məbləğinə baxdığımız zaman belə görünür ki, bu vəsaitlə günlərlə davam edən şahmat turnirlərinin iştirak xərclərini belə qarşılamaq mümkün deyil.

Qeyd edək ki, “Grand Chess Tour” 2015-ci ildən etibarən keçirilsə də Şəhriyar Məmmədyarov yalnız ötən il həmin turnirdən mükafat qazanmağa nail olub.

2015-ci ildə baş tutan turnirdə ümumilikdə 12 şahmatçı pul mükafatı əldə edib. Ən yüksək mükafatı – 215 min dolları sonuncu dünya çempionu Maqnus Karlsen əldə edib. Ən az pul mükafatını -15 min dolları isə Filippin əsili ABŞ şahmatçısı Uesli So əldə edib. Həmin turnirdə erməni şahmatçı Levon Aronyan 3-cü yerin sahibi kimi 145 min dollar qazanıb.

Növbəti ildə – 2016-cı ildə baş tutan turnirdə 2015-ci ildə ən az mükafat alan Uesli So ən yüksək mükafata – 295 min dollara sahib olub. 2015-ci ilin qalibi olan Maqnus Karlsen 67 min 50 dollar qazanıb. Levon Aronyan isə 81 min 250 dollara sahib olub. Ən az mükafat isə 7 min 500 dollar olub və Fransalı şahmatçı Laurent Fresinetə qismət olub.

Şəhriyar Məmmədyarov yalnız ötən il baş tutan turnirdə mükafatçılar sırasında olub. Azərbaycanlı şahmatçının turnirdəki qazancı 15 min dollar olub. Ən yüksək mükafatı yenə də Maqnus Karlsen qazanıb – 245 min 417 dollar. Levon Aronyanın qazancı isə 91 min 250 dollar olub. Ötən ən az mükafat çex şahmatçı David Navaraya qismət olub – 7 min 500 dollar.

Hazırda davam edən builki turnirdə isə Şəhriyarın qazancı 35 min dollar olub. Ən yüksək mükafat isə hələlik yapon əsilli ABŞ şahmatçısı Nikura Nakamuraya məxsusdur – 90 min dollar. Erməni Levon Aronyanın qazancı 40 min dollar olub. Dünya çempionu Maqnus Karlsen isə hələ mükafatsızdır. Ən az pul mükafatı isə Rusiyalı Vladimir Kramnikə qismət olub – 7 min 500 dollar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930