DİN AXCP üzvü Əlizamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı iddialara cavab verib

22.01.2020 - 18:12

Daxili İşlər Nazirliyi (DİN) inzibati qaydada həbs edilən AXCP üzvü Əlizamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı iddialara cavab verib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar yalandır: “Bir qrup adını çəkmək istəmədiyim şəxslər var ki, onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər. Bu gün də həmin şəxslər paytaxtın Səbail rayonu ərazisində sərxoş vəziyyətdə ictimai asayişi pozaraq polisin qanuni tələblərinə tabe olmadığı üçün məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunan Əlizamin Salayevin ətrafında şou yaradırlar. Qəti şəkildə bildirirəm ki, Əlizamin Salayevin saxlanma şəraiti, həmçinin ona qarşı təzyiqlərin olması və işgəncəyə məruz qalması barədə səsləndirilən iddialar əsassızdır. İnzibati qaydada həbs olunan Əlizamin Salayev bu gün vəkili Cavad Cavadlı ilə görüşüb. Vəkili onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hətta bu gün Əlizamin Salayevin oğluna zəng edilərək atası ilə görüşməsi təklif olunub. Oğlu isə işi olduğu üçün sabah görüşə biləcəyini deyib. Bir daha qeyd edirəm ki, sosial şəbəkələrdə yayılan məlumatarın heç bir əsası yoxdur və yalandır”.

Qeyd edək ki, sosial şəbəkələrdə inzibati qaydada 30 sutka həbs cəzası alan AXCP üzvü Əlizamin Salayevin saxlanma yerində işgəncəyə məruz qalmasına dair xəbərlər yayılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141314

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930