Oqtay Gülalıyevin həyat yoldaşından sərt ittihamlar: “City Hospital”da düzgün müalicə və müayinə edilməyib

06.07.2020 - 00:21

Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də komadan ayılmayıb.  Musavat.com xəbər verir ki, bu barədə Sevinc Osmanqızının verilişində Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib. O bildirib ki, Oqtay Gülalıyev komadan ayılmasa da, 4-cü dəfə əməliyyat olunub və ona kəmik sümüyü qoyulub. F. Gülalıyeva söyləyib ki, Oqtay Gülalıyevin baxışları daha da duyğulu olub, əllərində və qolundakı güc artıb: “Lakin Oqtay bəy hələ də komadadır”,-deyə F. Gülalıyeva əlavə edib.

Firuzə Gülalıyeva Oqtay Gülalıyevin bu vəziyyətə düşməsində yenə də onun ilk dəfə əməliyyat olunduğu “City Hospital”ı, bu xəstəxananın rəhbərliyini və professor Adil Qeybullanı günahkar bilərək, onlara qarşı ittihamlar səsləndirib. O bildirib ki, Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdığı zaman Adil Qeybullaya zəng edib onu çağırsa da, sonuncu dərsdə olduğunu, iki saatdan tez xəstəxanaya gələ bilməyəcəyini deyib, telefonu qapadıb.

Firuzə Gülalıyeva eyni zamanda xəstəxananın digər həkimlərinə qarşı da ittihamlar səsləndirib, onları əməliyyatı gecikdirməkdə, Oqtay Gülalıyevi düzgün müalicə və müayinə etməməkdə günahlandırıb. Onu da bildirək ki, daha öncə də ailəsi tərəfindən yuxarıda qeyd edilən xəstəxanaya qarşı oxşar ittihamlar səsləndirilmişdi. Həmin zaman Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, deyilənlər həqiqətə uyğun deyil…

Qeyd edək ki, ötən il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149411

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930