Rusiyalı politoloq: “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır”

13.07.2020 - 11:00

“ATƏT-in Minsk Qrupu dərhal  buraxılmalıdır. Onların heç bir faydası yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib .

“Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar  barədə İrəvan ənənəvi olaraq Bakının aqressiyada günahlandırır, Bakı İrəvanı ittiham edir. Əgər əlimdə belə  imkanım olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb “Kimdir aqressor?” sualına dəqiq cavab tələb edərdim. Əks halda Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir. Demək, onun  heç bir faydası yoxdur”, – deyə rusiyalı politoloq Facebook səhifəsində yazıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149822

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930