İqtidar revanşa keçib, müxalifət nə istəyir? – Elman Nəsirovla Tural Abbaslı “Canlı debat”da

08.09.2020 - 11:42

Son aylar iqtidar revanşa keçib. Cəmiyyətdə baş verən bütün proseslərə, insanların etirazına adekvat reaksiya verilir.

Rüşvətxor məmurlar həbs olunur, karantin qaydalarını pozan şəxslər siyasi kimliyindən asılı olmayaraq cəzalandırılır. Sanki müxalifətin illərdir səsləndirdiyi tələblər sıra ilə yerinə yetirilir. Eyni zamanda türk qoşunlarının Naxçıvanda hərbi təlimlər keçməsi Qarabağ adına gözləntiləri artırıb. Nələr baş verir, müharibəyə son hazırlıqlarmı gedir? Eyni zamanda ölkə daxilində, hakimiyyətdaxili qruplaşmalar, Ramiz Mehdiyevin kürəkəninin türmədən çıxan kimi verdiyi mesajlar da verilişdə müzakirə olunacaq. Taksi üsyanı, karantinin yumşaldılması da söhbət zamanı dartışılacaq.

Bu və  ölkə gündəmini məşğul edən digər sualları saat 12.00-də iqtidar-müxalifət debatı çərçivəsində baş tutacaq. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirovla Ağ Partiyanın lideri Tural Abbaslı olacaq. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153834

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930