Vətən Müharibəsi qazisinin atası vəzifəyə təyin edildi – FOTO

02.06.2021 - 16:37

 

Vətən Müharibəsi qazisinin atası vəzifəyə təyin edildi - FOTO

 

Milli Məclis Aparatında şöbə müdirinin müavini vəzifəsinə təyin edilən şəxsin Vətən müharibəsi qazisinin atası olduğu məlum olub.

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunan Eldar İsmayıl oğlu Əsgərovun oğlu Sabir Əsgərov Vətən müharibəsi qazisidir.

Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır. İxtisasca hüquqşünas olan, iki övlad atası Sabir Əsgərov öncə Füzuli rayonunda bir neçə kəndin mənfur erməni işğalçılarından azad edilməsində iştirak edib. Sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılaraq o ərazidəki yüksəkliklərin ələ keçirilməsində şücaət göstərib. Şiddətli əks-hücum əməliyyatlarından birində sol ayağından çox ağır qəlpə yarası alsa da, axşamdan səhərə qədər səngər yoldaşlarına kömək edib. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Sabir Eldar oğlu Əsgərov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qazinin atasının Milli Məclisdə belə bir yüksək vəzifəyə təyin olunması isə Vətən müharibəsi iştirakçılarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilməsinin daha bir nümunəsidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164192

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930