Qaribaşvili Ararat Mirzoyanla da görüşdü

16.07.2022 - 12:19

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçiriləcək görüşü olub.

İ.Qaribaşvili tərəflər arasında gələcəkdə dialoqun müsbət dinamikasının inkişafının vacibliyini qeyd edib.

Görüşdə bölgədə sülh təşəbbüsü və onun regional münasibətlərin normallaşdırılmasındakı rolu müzakirə olunub.

Tərəflər həmçinin Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Cənubi Qafqazda vəziyyət də nəzərdən keçirilib, tərəflər problemlərin həlli üçün birgə səylərin səfərbər olunmasının önəmini vurğulayıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178619

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930