VHP-dən Zəfər bəyanatı:”Azərbaycana qarşı olan qüvvələr məğlubiyyətə məhkumdur!”

07.11.2022 - 18:40

Vətəndaş Həmrəyliyi Partiyası Vətən Müharibəsində Qələbənin ikinc ildönümü münasibətilə bəyanat qəbul edib. Bəyanatda deyilir:

“İki il öncə sentyabrın 27-də ölkəmizə qarşı Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə dövründə Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək 30 il ərzində işğal altında qalmış torpaqlarımızı erməni təcavüzkarlarından azad etdi. Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir savaş tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Azərbaycanın milli qüruru, istiqlalı, ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimiz “Torpaq uğrunda ölən varsa Vətəndir” həqiqətini dünyaya bir daha sübut etdi. Şəhidlərimizin ruhu qarşısında bu gün bir daha baş əyirik, onların xatirəsi hər zaman sevgi və sayğıyla anılacaq. Bu günkü Zəfər Bayramımıza atılan ən şərəfli imza onların imzasıdır!
Bütün böyük hərbi qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşmək bacarığını nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini fərqlərə baxmayaraq, ordunun arxasında idilər.Və nəticədə, Ermənistanın hərbi kaputilyasiyasına nail olduq!
Bu gün Azərbaycanın bütövlüyünü heç cür həzm edə bilməyən imperialist güclər Qərbdə, Şimalda və Cənubda Azərbaycan  əleyhinə hər cür təxribatlara əl atır və ölkəmizə qarşı açıq fəaliyyət göstərirlər.
Vətəndaş Həmrəyliyi tarixi Zəfərin iki ili münasibətilə Azərbaycan xalqını və dövlətini,  Azərbaycan Silahlı Qüvvələrinin bütün heyətini və Ali Baş Komandanı təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyərək, qazilərimiz və bu Zəfərdə payı olan bütün şəxslərə ehtiramın əbədi olacağını bildir. VHP bəyan edir ki, Azərbaycanın haqq yoluna qarşı olan bütün güclər məğlubiyyətə məhkumdur.. Dövlətimizin istiqlalı, vətənimizin bütövlüyü və insanımızın hürriyyəti uğrunda bir xalq olaraq hər zaman birik və ayaqdayıq!
Zəfərin mübarək, Vətən!
Qalib Azərbaycan Ordusuna eşq olsun!
Yaşasın Azərbaycan!!!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=184511

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930