Türkiyə Şuşada konsulluq açır 

01.05.2021 - 13:11
Gözlənilən qərar verildi - Türkiyə Şuşada konsulluq açır 
“Ermənilər aprelin 21-də Zəngilan və Qubadlı ilə sərhəddə atəşkəsi pozduqları kimi təxribatlarına yenə davam edərlərsə, əlbəttə ki, Azərbaycanımız adekvat cavab verərək özünü müdafiə edəcək”.
Bunu  açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Diplomat bildirib ki, ermənilər təxribat əməllərindən əl çəkərlərsə, regionda münasibətlər müsbət məcrada davam edə bilər:
“Ermənilər sərhəddə yenidən təxribat törədərlərsə, onlar üçün heç yaxşı olmayacaq, Azərbaycan bunu qarşılıqsız qoymayacaq. Çünki Azərbaycanımız haqqını, hüququnu qorumaq istəyir. Yəni erməni əsgərlərinin bu cür teraktlar törədib, təxribatyönlü davranış sərgiləməkləri qəbul edilə bilməz. Bunun cavabdehliyini təbii ki, Rusiya hökümətinin üzərinə götürməsi, onların buna diqqət etməsi lazımdır ki, bir daha belə hadisələr təkrarlanmasın. Bu, rus sülhməramlılarının vəzifəsidir. Onlar vəzifələrinin öhdəsindən gələrlərsə, imiclərini qoruyarlar. Bunu etməzlərsə, insanlarda güvənsizlik yaranar və deyərlər ki, bunlar sülhməramlı yox, başqa missiya üçün bölgədə fəaliyyət göstərirlər. Biz istəyirik ki, 10 noyabr bəyanatına əməl edilsin. İnşallah, düşünürəm ki, bir də belə şeylər olmaz.
Həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə təmaslarını davam etdirəcək. Bu terror əməllərindən əl çəkərlərsə, regionda münasibətlər müsbət məcrada davam edər. Rusiya dövlət başçısı Vladimir Putin də Zəngəzur koridorunun və digər kommunikasiyaların açılmasını istəyir. 11 yanvar bəyanatına əsasən baş nazirlərin müavinlərinin iştirakı ilə toplantılar da bunun üçün nəzərdə tutuldu. Tez bir zamanda 11 yanvar bəyanatının müddəalarının yerinə yetirilməsi ilə yavaş-yavaş sülh müqaviləsini imzalamağa doğru getmək lazımdır.
Bir xoş xəbər də verim, Şuşada Türkiyə konsulluğunun açılması yönündə qərar verilib. Şuşada konsulluğumuz açılacaq”.
Qeyd edək ki, bir neçə gün bundan öncə Moderator.az Türkiyənin Şuşada Baş Konsulluq açması ilə bağlı təklifləri işıqlandırmış, bu mövzuda bir neçə analitik məqalə yayınlamışdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163007

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930