Almaniyada daşqın nəticəsində ölənlərin sayı 155 nəfərə yüksəlib

18.07.2021 - 11:13

18 iyul 2021 08:30 (UTC +04:00)Almaniyanın qərbində daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Bild” nəşrinə istinadən xəbər verilir ki, yalnız Reynland-Pfalz əyalətinin Arveiler bölgəsində 98 nəfər ölüb, 670 nəfər yaralanıb.

Daha əvvəl Şimali Reyn-Vestfaliyada azı 43 ölüm qeydə alınıb.

Təbii fəlakət körpülərin və yolların dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub.

Ölkənin sözügedən ərazisində fövqəladə vəziyyət elan edilib.

850 hərbçi fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunubb

Almaniya kansleri Angela Merkelin bazar günü fəlakət bölgəsini ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, daşqınlar Almaniya ilə yanaşı, Belçika və Hollandiyada da fəsadlar törədib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165219

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930