“”EuroHome”da yanğın ocaqlarının söküntüsü davam etdirilir” – FHN
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən “EuroHome” tikinti materialları bazarında söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.
Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
“Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir”, – deyə Nazirliyin məlumatında qeyd olunub.
Short URL: https://www.cumhuriyyet.net/?p=138365