Lavrov gürcü xanım jurnalistləri təhqir etdi: “Siz xəstəsiniz…” VİDEO

25.02.2020 - 21:55

Rusiya XİN rəhbəri Sergey Lavrov gürcü jurnalistləri yersiz davranışlarına görə təhqir edib.

Virtualaz.org bildirir ki, internetdə yayımlanan görüntülərdə Gürcüstan mətbuatı nümayəndələrinin, xüsusilə “İmedi TV” və “1TVGe”nin xanım jurnalistlərinin bir-birlərini itələmələri və Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə sual verməyə çalışdıqları əks olunub.

Kadrlardan o da görünür ki, Lavrov ona sual verməyə çalışan xanım jurnalistləri “xəstə” adlandırır: “Siz nəyləsə… Siz xəstəsiniz, qızlar”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində yazıb ki, BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlər Rusiya nümayəndə heyətinə hücum ediblər.

“BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlər Rusiya nümayəndə heyətinə hücum ediblər. Getmək mümkün deyildi. Qışqırmaqla, itələşməklə nazirin yanına keçməyə cəhd edirdilər…Bilirsiniz nə lazım idi? İnanmaq mümkün deyil. Bir sual: Lavrov Tiflisə gələcəkmi?”, – deyə o vurğulayıb.

Zaxarova özündən fərqli olaraq, Lavrovun xəsarət almadığını bildirib.

M.Zaxarova qızların davranışını “acınacaqlı mənzərə” adlandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143192

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930