Azərbaycanda həkimlərə yeni qoruyucu vasitələr paylanılır

01.07.2020 - 16:55

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizədə kömək məqsədilə Azərbaycana gətirilən respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar bu gündən pandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq.

“Report” xəbər verir ki, ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır.

Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149096

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930