SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI

07.08.2020 - 13:45

Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın nəticəsində bir neçə nəfər xəsarət alıb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a bildirib ki, yanğın istehsalatla bağlı yaranmayıb: “Bir müddət öncə həmin zavodda istehsal prosesi dayandırılıb və təmir işləri görülür. Yanğının təmir işləri ilə zamanı yarandığı güman edilir. Yanğın zamanı SOCAR-ın və orada çalışan podratçı şirkətin bir neçə nümayəndəsi xəsarət alıb”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının geniş əraziyə yayılmasının qarşısını alıb və yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151854

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930