“Azərbaycanın bank sektorunda təmərküzləşmə davam edəcək” – “Moody’s”

25.07.2019 - 14:59

Azərbaycanda bank sektorunun təmərküzləşməsi davam edəcək.

“Report” xəbər verir ki, bunu “Moody’s” beynəlxalq reytinq agentliyi bəyan edib.

Qurum hesab edir ki, son illər Azərbaycanda 15 bankın bağlanması, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması, “PAŞA Bank”, “Kapital Bank” və “Xalq Bank” kimi iri bankların xidmət səviyyəsini qaldırmaq üçün atdığı addımlar adlları çəkilən maliyyə qurumlarının bazardakı mövqelərini daha da gücləndirib.

“4 ən iri bank 2017-ci ildən mənfəətlə işləyir, ABB də dövlət dəstəyi tədbirləri sayəsində gəlirlərinin ən yüksək həddə çatdığını açıqlayıb. Sektordakı mənfəətin əsas hissəsi bu bankların payına düşür, yerdə qalan banklar isə ən azı 2016-cı ildən zərərlə işləyib ki, nəticədə kapitala daim təzyiq olması, aktivlərin ləng artması, iri banklarla aradakı fərqlərin daha da böyüməsi ortaya çıxır”, – deyə agentliyin açıqlamasında qeyd olunub.

“Moody’s” həmçinin bəyan edib ki, kiçik bankların bazara təsiri az, iri şirkətlərlə əlaqələri zəif olduğundan onlar kiçik və orta sahibkarlara, pərakəndə ticarət kimi daha riskli sahələrə üz tutur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=130251

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930