Büdcədən qrantlar niyə artıb? – Ekspert səbəbini açıqladı

14.11.2019 - 14:50

52109948_10213917646637711_3015263850078404608_o“2020-ci ilin büdcəsinin yeni büdcə təsnifatı əsasında tərtibatı müstəqil təhlilləri xeyli çətinləşdirib. Yeni təsnifatda əsas dəyişikliklərdən biri dövlət büdcəsindən ayrılan qrantların büdcə xərclərində əks olunması ilə bağlıdır”.

Azpolitika.info xəbər verir ki, bu barədə büdcə məsələləri üzrə təhlilçi Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, 2019-cu il də daxil olmaqla indiyədək Naxçıvan Muxtar Respublikasına (NMR) verilən dotasiya iqtisadi təsnifatda “subsidiya və cari transferlər” maddəsi altında əks olunurdu.

2020-ci ildən etibarən isə Naxçıvana maliyyə yardımları “Qrantlar və digər ödənişlər” altında əks olunub: “Bir tərəfdən də bu dəyişikliyə paralel olaraq Naxçıvana ayrılan maliyyə yardımı 90 mln. manata yaxın artırlıb. Reallıqda dövlət büdcəsindən qrantlara ayrılan vəsaitin 6 dəfə artması sırf təsnifat dəyişikliyi ilə bağlıdır”.

R.Ağayevin sözlərinə görə, əksinə, Naxçıvana verilən qrantlar nəzərə alınmasa, 2019-cu ildə büdcə qrantlarının həcmi 100 mln. manata yaxın olub, 2020-ci ildə isə təxminən 26 mln. manat proqnozlaşdırılır.

Azpolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136484

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930