Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin endirilməsinə dair saziş imzalana bilər

16.11.2019 - 10:42

 

Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Litvanın  paytaxtı Vilnüs şəhərində  keçirilən iclas Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rominq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycan tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iştirak edib.

İclasın əsas məqsədi Şərq Tərəfdaşlığı regionunda rominq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rominq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.

Sözügedən iclas Avropa Komissiyasının dəstəyi, Litva Respublikasının Tənzimləyici Qurumu, eləcə də REWG-ə sədrlik edən Ukraynanın Rabitə və İnformasiyalaşdırmanın Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq rominq sahəsində ən yaxşı təcrübələrin araşdırılaraq müqayisə edilməsi, rominq bazarı üzrə milli qaydaların yaxşılaşdırılması üçün tənzimləyici platformanın hazırlanması, eyni zamanda Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin tənzimlənən bazarlarına aid yeni çağırışlar və əldə edilmiş nailiyyətlərə dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna daxildir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136586

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930