SOCAR “Lukoil”dən pul alıb ABŞ banklarına borcunu ödədi – “Reuters”

17.03.2024 - 15:30

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-nin “Citi” və “JP Morgan” banklarından götürdüyü 1,3 milyard dollarlıq sindikatlaşdırılmış krediti vaxtından iki il əvvəl, Rusiyanın “Lukoil” neft şirkətindən analoji məbləğdə kredit alaraq geri qaytarıb. Yeniavaz.com xəbər verir ki, bu barədə məsələ ilə tanış olan mənbələr “Reuters”ə məlumat veriblər. Bildirilib ki, SOCAR, sözügedən ABŞ bankları və “Lukoil” məsələ ilə bağlı şərh sorğusuna cavab verməkdən imtina ediblər. Mənbələr hər iki əməliyyatın Rusiya ilə iş aparan şirkətlərə qarşı ABŞ və ya digər maliyyə sanksiyalarının pozulduğuna dair heç bir sübutun olmadığını bildiriblər.

“Buna baxmayaraq, qeyd olunub ki, erkən geri qaytarılma Moskvaya uzun müddətdir ki, əsas alıcı olan SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna xam neftin satışını bərpa etməyə imkan verib. Əməliyyatlardan sonra SOCAR keçən il dayandırdığı Rusiya neftinin alışını bərpa edib. Mənbələr bildiriblər ki, dayandırma Rusiyanın Ukraynaya müdaxiləsindən sonra sanksiyalara məruz qalmaqdan qorxan ABŞ bank konsorsiumunun tələbi ilə edilib”.

““Star” Rusiya neftini emal etmək üçün nəzərdə tutulmuşdu, ona görə də Qərb bankları ondan Rusiya neftinin emalının dayandırılmasını tələb etdikdə, bu, problemə çevrildi”, – adının açıqlanmasını istəməyən üç mənbədən biri deyib. “Kredit yoxdur, problem yoxdur”, – deyən mənbə ABŞ banklarının kreditinin vaxtından əvvəl ödənilməsinin məntiqini izah edib.

Qeyd olunur ki, “Citi” və “JPMorgan”ın rəhbərlik etdiyi sindikat bu pulu 2021-ci ildə SOCAR-ın Türkiyə bölməsinə beş il müddətinə verib: “Mənbələrin bildirdiyinə görə, geri qaytarılma ötən ilin sonunda, “Lukoil”in SOCAR-a şirkətin “Litasco” ticarət bölməsi vasitəsilə “Star”a tədarükün bərpası üçün sövdələşmənin bir hissəsi kimi 1,5 milyard dollar kredit ayırdığı vaxt baş verib”. Almaniyanın “Commerzbank AG”nin sanksiyalara riayət olunması şöbəsinin keçmiş rəhbəri, sanksiyalar üzrə ekspert Viktor Vinkler “Reuters” agentliyinə bildirib ki, SOCAR-ın Rusiyadan vəsait aldığı bir vaxtda SOCAR-a verilən kreditin vaxtından əvvəl geri qaytarılması ABŞ bankları tərəfindən araşdırmaya səbəb olmalı idi.

Qeyd olunub ki, “Star” neft emalı zavodu 2018-ci ildə tikilib və gündə 200 min barel emal edə bilir ki, bu da onu son illərdə Avropada tikilmiş ən böyük neftayırma zavodlarından birinə çevirir. Bildirilir ki, Qərb banklarının təzyiqi ilə “Star” 2023-cü ilin ortalarında Rusiya neftinin alışını dayandırıb. Oktyabr ayında, “Lukoil” ilə kredit müqaviləsi bağlandığı vaxtlarda isə idxalı bərpa edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199453

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930