Hafiz Hacıyev pensiyadan İMTİNA ETDİ: “Mənə lazım deyil”

14.05.2022 - 12:51

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 66 yaşı olmasına baxmayaraq, pensiya almadığını deyir.

Bu barədə Cumhuriyyet.az-a açıqlama verən partiya sədri indiyədək ona pensiya kəsilmədiyini söyləyib.

Bununla belə H. Hacıyev pensiya almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək niyyətində olmadığını vurğulayıb.

“Nə pensiya alırıq, nə də müavinət. Yaşım düşsə də, pensiya almaq üçün kiməsə müraciət etmək istəmirəm. Heç pensiya barədə düşünmürəm də. Mənə lazım deyil. Necə ki, xəstələnməyimə baxmayaraq, TƏBİB-ə müraciət etmədim, pensiya üçün də müraciət etmək barədə düşünmürəm.

Mənə pensiya düşürsə belə, həmin vəsaitin qazilərə verilməsinə hazıram”, – deyə partiya sədri pensiyadan imtina etdiyini bildirib.

Qeyd edək ki, Hafiz Hacıyev 1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–1990-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175020

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930