Serj Sarkisyan da “Hayastan” fondundan imtina etdi

25.06.2022 - 17:01

Bu gün Ermənistan Prezident sarayında “Hayastan” Ümumaməni Fondunun Himayəçilər Şurasının 31-ci iclası keçirilir.

Cumhuriyyet.az  xəbər verir ki. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, iclasda prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, maliyyə naziri Tiqran Xaçatryan, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan və digərləri iştirak edir.

Fondun 2021-ci il üzrə hesabatı müzakirə olunur.

Xatırladaq ki, fondun Himayəçilik Şurasının sonuncu iclası 2021-ci ilin noyabrın 27-də keçirilib.

Bu gün məlum olub ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Hayastan” Ümumerməni Fondunun Himayəçilər Şurasının iclasına qatılmaqdan imtina edib. O, qurumun üzvü olmaq barədə rəsmi təkliflə razılaşmadığını bildirib. Bu barədə Sarkisyanın ofisi məlumat yayıb.

İyunun 24-də eks-prezident Robert Köçəryan da fondun Himayəçilik Şurasında yer almaqdan imtina edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177496

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930