BMT əməkdaşları Səudiyyə konsulluğuna buraxılmadı – Qaşıqçı işi

29.01.2019 - 15:25

BMT-nin məhkəmədənkənar və kütləvi edamlar üzrə xüsusi məruzəçisi Anes Kallamardın başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına buraxılmayıb.

Türkiyənin “Hürriyet” qəzeti yazır ki, nümayəndə heyəti Krallığın diplomatik missiyasının binasına xaricdən baxış keçirib.

Bir müddət əvvəl Anes Kallamard Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülən jurnalist Camal Xaşoginin cinayət işini araşdırmaq üçün müstəqil beynəlxalq ekspertlərlə birlikdə Türkiyəyə səfər edəcəyini bildirmişdi. Araşdırmanın nəticələri 2019-cu ilin iyununda BMT-nin İnsan Hüquqları üzrə Şurasının sessiyasına təqdim ediləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Əbdülhəmid Gül və İstanbulun Baş prokuroru İrfan Fidanla görüşəcək.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Xaşogi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib, orada öldürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930