Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir

22.07.2019 - 14:36

Ermənistan ilin sonuna qədər, yaxud da gələn ilin əvvəllərində Rusiyadan Su-30SM qırıcılarının alınacağını gözləyir.

Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Daha öncə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan “Sputnik Ermənistan”a bildirmişdi ki, Müdafiə Nazirliyi həm nağd, həm də kredit vəsaitləri hesabına Rusiyadan dörd ədəd Su-30SM qırıcısı alıb. Sursatlar nəzərə alınmadan Su-30SM qırıcısının bir ədədinin qiyməti təxminən 22 milyon dollara bərabərdir.

“Biz bu ilin sonuna qədər, yaxud da gələn ilin əvvəllərində istehsalçının öhdəliyini yerinə yetirəcəyini gözləyirik”, – nazir bazar ertəsi günü deyib.

Jurnalistlərin digər silahların alışı ilə bağlı sualını cavablandıran nazir qeyd edib ki, hazırda bir çox təfərrüatları aça bilməz, lakin “hərbi sürprizlər” gözlənilir.

“Sputnik Ermənistan”ın müxbirinin barəsində dəfələrlə məlumat verilmiş “Tor” zenit-raket komplekslərinin ordunun ixtiyarına verilib-verilməməsi haqqında sualına nazir belə cavab verib: “Deyə bilərəm ki, “Tor” çox maraqlı silahdır. Bizim müvafiq gözləntilərimiz var”.

Daha öncə Ermənistan İctimai televiziyasının “Zinuj” (“Silahlı qüvvələr”) verilişində məlumat verilmişdi ki, Ermənistan Silahlı Qüvvələri “Tor” zenit-raket kompleksləri ilə təchiz ediləcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129979

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930